Accessibility links

Şahidlər Suriyada polisin nümayişçilərə atəş açdığını deyir

  • Amerikanın səsi

Şahidlər Suriyada polisin nümayişçilərə atəş açdığını deyir

Şahidlər Suriyada polisin nümayişçilərə atəş açdığını deyir

Suriyada təhlükəsizlik qüvvələrinin Dəra şəhərində hökumət əleyhinə nümayiş keçirilən zaman atəş açdığı bildirilir. Nümayişçilər daha artıq siyasi azadlıqlar tələbi ilə küçələrə çıxıb. Təhlükəsizlik qüvvələrinin havaya, ya da insanlara atəş açdığı aydın deyil. Tələfatlar barədə hələlik məlumat verilməyib. Dəra şəhərində prezident Bəşşar əl-Əsədin avtoritar hökuməti əleyhinə bir həftədən artıqdır nümayiş keçirilir.

Şahidlərin bildirdiklərinə görə, bu gün Dərada təhlükəsizlik qüvvələrinin göz yaşardıcı qazdan və həqiqi güllələrdən istifadə etmələrinə qədər hökumət əleyhinə nümayiş üçün yüzlərlə adam toplaşıb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Keçən cümə günü Dərada keçirilən hökumət əleyhinə nümayişlər Suriyanın başqa şəhərlərinə də yayılıb. Mərkəzi ABŞ-da yerləşən Human Rights Watch Martın 18-ndə hadisələr başlayandan indiyə qədər ölkədə azı 61 adamın həlak olduğunu bildirib.

Suriya rəsmiləri isə cümə günü Latakiyada baş verən hadisələrdə 12 adamın həyatını itirdiyini bildirib.

XS
SM
MD
LG