Accessibility links

Diplomatlar İstanbulda Suriyaya dair konfransa hazırlaşır

  • Amerikanın səsi

ABŞ Dövlət katibi Hillari Klinton Səudiyyə Ərəbistanında Körfəz ölkələrinin diplomatları görüşərək, Suriyada müxalifətə qarşı bir ildir sürən təqibləri dayandırımaq yollarını müzakirə edir.

Səudiyyə Ərəbistanında görüşlər bazar günü Türkiyədə 60 ölkənin daxil olduğu “Suriyanın dostları” qrupunun konfransına hazırlıq xarakteri daşıyır. Suriya müxalifətini dəstəkləyən bir sıra ölkələrin diplomatları, o cümlədən xanım Klinton İstanbul konfransında iştirak edəcək.

ABŞ bəzi Körfəz ölkələrinin təklif etdiyi kimi Suriya üsyançılarını silahlandırmaq əlyhinə çıxış edir.Rəsmi Vaşinqton bunun əvəzinə parçalanmış müxalifət qruplarının birləşməsi istiqamətində iş aparmaq və Suriyaya humanitar yardım etmək yollarının tapılmasına üstünlük verir.

stanbul görüşündən əvvəl danışan Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu deyib ki, Suriya dərhal BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Kofi Annanın sülh planının şərtlərinə əməl etməlidir.

XS
SM
MD
LG