Accessibility links

ABŞ Suriya silahlı qüvvələrinin şəhərlərdən çıxarılması prosesini izləyir

  • Amerikanın səsi

ABŞ-ın Suriyadakı səfirliyinin Facebook səhifəsində yerləşdirilmiş foto-şəkil

ABŞ-ın Suriyadakı səfirliyinin Facebook səhifəsində yerləşdirilmiş foto-şəkil

ABŞ-ın Suriyadakı səfiri Suriya hökumət qüvvələrinin BMT-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəsə dair razılığın şərtlərinin yerinə yetirilməsi üçün qoyulmuş son möhlətə qədər bəzi şəhər və qəsəbələrdən çıxarılmağa başladığını bildirib.

Bununla belə, Robert Ford deyib ki, bəzi məntəqlərdə əsgərlər bir yerdən başqa yerə köçürülüb, bəzi şəhərlərin ətrafında isə artilleriya birləşmələri saxlanılıb. Səfir Fordun səfirliyin Facebook səhifəsində yerləşdirdiyi açıqlama peyk vasitəsilə əsgərlərin şəhərlərdən çıxarılmasından öncə və sonra çəkilmiş foto-şəkillərlə müşayiət olunur.

Suriya hökiməti aprelin 10-a qədər bütün hərbi əməliyyatların dayandırılacağına söz verib. Təhlükəsizlik Şurasının bu həftənin əvvəli açıqladığı bəyanatda deyilir ki, müxalifət hökumət qüvvələrinin şərtlərə əməl etməyə başlamasından 48 saat sonra silahı yerə qoymalıdır.

Suriya hökumət qüvvələrinin cümə günü müxalifətin mövqelərinə hücum etməsi 24 nəfərin ölümünə səbəb olub. Onlardan çoxunun mülki vətəndaş olduğu deyilir.

Bu hücumlar müxalifətin bildirdiyinə görə, minlərlə suriyalının hökumət əleyhinə nümayişlərdə iştirak etdiyi vaxt baş verir.

Cümə günü BMT-nin Baş katibi Ban Ki Mun Suriya hökumətini mülki vətəndaşlara hücumları davam etdirdiyinə görə kəskin tənqid edib.

Beynəlxalq vasitəçi Kofi Annan bildirib ki, Suriya hökuməti müxalifətə qarşı bir ildir sürən təqibləri dayandırmaq işində çox az inkişafa nail olub.

XS
SM
MD
LG