Accessibility links

Suriyada şənbə günü ölkənin müxtəlif yerlərində hökumət əleyhinə nümayişlərdə yeddi nəfərin öldürüldüyü xəbər verilir.

Müxalifətdə olan Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun bildirdiyinə görə, hökumət qüvvələri tərəfindən açılan atəşlər və təhlükəsizlik qüvvələrinin reydləri üç mülki vətəndaşın ölümülə nəticələnib.

Suriya hökuməti isə Dəməşq yaxınlığında bir polkovnik daxil olmaqla, təhlükəsizlik qüvvələrinin dörd üzvü öldürülüb. Hökumət hüucmlara görə terrorçuları günahlandırıb.

Bu arada, internetdə yerləşdirilmiş videoda Əl-Husra Cəbhəsi adlı yaraqlı qrup paytaxt Dəməşqdə 55 adamın ölümünə səbəb olmuş bomba hüucmlarına görə məsuliyyəti öz üzərinə götürüb.

XS
SM
MD
LG