Accessibility links

Suriyada intiharçılar ordunu hədəf alan daha bir hücum keçirib

  • Azerbaijani Service

Suriya ordusunun hədəf alındığı intiharçı bomba hücumu nəticəsində ölənlərin sayı dozzuq nəfərə çatıb.

Dövlət televiziyasında verilmiş məlumata əsasən, ölkənin şərqində yerləşən Deyr-Əl-Zur şəhərində intiharçının maşına yerləşdirilmiş bombanı partlatması nəticəsində 100-dən çox adam yaralanıb. Partlayış hərbi obyektin yaxınlığında baş verib.

görə məsuliyyət öz üzərinə götürən olmayıb, lakin dövlət televiziyası hadisədə terrorçuları günahlandırıraraq, maşına yerləşdirilmiş bombanın min kiloqram partlayıcı maddədən hazırlandığı məlumat verib.

Hücum hökumət və müxalifət qüvvələri arasında əldə edilmiş zəif atəşkəsin pozulması ilə bağlı narahatlıqların artmasına səbəb olub.

BMT baş katibinin Sülhümühafizə əməliyyatları üzrə müavini Herve Ladsus şənbə günü Dəməşqdə agentlyi atəşkəsin saxlanması istiqamətində səylərini müdafiə edib.

Hazırda Suriyada BMT-nin sülhümühafizə missiyasının tərkibində 200 silahsız əsgəri yerlədirilib. Onların sayı bu ayın sonu 300 nəfərə çadırılacaq.

XS
SM
MD
LG