Accessibility links

Suriya tankları hökumət əleyhinə nümayişlərin keçirildiyi üç şəhərə hücum edib

  • Amerikanın səsi

Suriya tankları hökumət əleyhinə nümayişlərin keçirildiyi üç şəhərə hücum edib

Suriya tankları hökumət əleyhinə nümayişlərin keçirildiyi üç şəhərə hücum edib

Suriyanın insan haqları fəalları bildirib ki, tankların müşayiət etdiyi hökumət qüvvələri ölkənin cənubunda üç şəhərə hücum edərək, beş nəfəri öldürüb. Fəllar və şahidlərin sözlərinə görə, rəsmilər Rastan, Talbisə və Tir Maale şəhərlərinin yollarını bağlayıb telefon xəttini kəsdikdən sonra tankların burada atəş açlb. Onlar hücum zamanı 100-dən çox insanın yaralandığını bildirir. Fəalların bildirdiyinə görə, iki sakinin öldürüldüyü Rastan şəhərində cümə günü Suriya prezidenti Bəşşar əl-Əsədin 11 illik avtoritar hakimiyyətinə dərhal son qoymaq tələbi ilə böyük nümayiş keçirilib. Onlar Talbise şəhərində üç nəfərin öldürüldüyünü və bəzi sakinlərin həsb edildiyini bildirir.

XS
SM
MD
LG