Accessibility links

Suriyada atışmalar davam edir


Suriyada İnsan Hüquqlarını Müşahidə qrupu hökumət qüvvələrinin zorakılıqları ilə əlaqədar təxminən 25 nəfər həlak olduğunu bildirib. Qrup Amerikanın səsinə bildirib ki, hökumət qüvvələrinin Dəra şəhərini atəşə tutması nəticəsində 17 nəfər həlak olub.

Qərargahı Britaniyada yerləşən müxalifət qrupu Homs da daxil olmaqla, ölkənin bir sıra regionlarında atəşmalar və müxalifət qüvvələri ilə toqquşmalar nəticəsində daha 8 nəfərin öldüyü haqda məlumat verib.

Moskvada brifinq zamanı danışan Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriyada vəziyyətlə bağlı narahatlığını bildirib, lakin deyib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının Dəməşqə qarşı qüvvədən istifadə edilməsinə dair hər hansı təklifə dəstək verməyəcək.

Cümə günü Suriya üzrə beynəlxalq vasitəçi Kofi Annan Suriyaya təzyiqlərin artırılmasına çağırıb.

XS
SM
MD
LG