Accessibility links

BMT-nin Suriyada missiyası fəaliyyətini dayandırıb (YENİLƏNİB)

  • Amerikanın səsi

BMT Suriyada zorakılıqların səviyyəsinin artması nəticəsində ölkədə sülhümühafizə missiyasını dayandırmaq məcburiyyəti qarşısında qoyub.

Qərarı elan edən BMT-nin Suriyda missiyasının başçısı general Robert Mood deyib ki, son 10 gün ərzində zorakılıqarın artmasına görə müşahidəçilər keşik çəkmək və başqa fəaliyyətlərdə iştirak etməyəcək. obert Mood missiyanın əməliyyatları münasib şərait yarandıqda bərpa edəcəyini bildirib.

BMT Suriya hökuməti və müxalifət qüvvələri arasında atəşkəs rejiminə əməl edilməsi prosesini müşahidə etmək üçün ölkyə 300 nəfərdən ibarət müşahidəçi göndərmişdir. Bu müddət ərzində atəşkəsə heç zaman əməl olunmayıb.

Suriya müxalifətinin nümayəndələri İstanbul görüşündə BMT missiyasının fəaliyyətini dayandırımasının təəccüb doğurmadığını bildirib. Suriya Milli Şurasının rəsmisi Bəssam İmadi BMT və Ərəb Liqasının vasitəçisi Kofi Annanın təşəbbüsünün baş tutmadığını bildirib.

Suriyadan göndərilmiş videoda Dəməşqdə və ölkənin mərkəzində yerləşən Homsvilayətində ağır döyüşlərin getdiyi nümayiş etdirilir.

XS
SM
MD
LG