Accessibility links

BMT Suriyada tərəflərin hücumları dayandırmalarını tələb edib

  • Amerikanın səsi

BMT-nin müşahidəçiləri missiyasının rəhbəri Suriya hökumətindən və üsyançı qüvvələrdən Homs şəhəri və digər bölgələrdən qadın, uşaq, yaşlı və yaralıların evakuasiya edilməsinə icazə vermələrini tələb edib.

General Robert Mud dünən deyib ki, müharibə edən tərəflər atışmanı dayandırmamaqla BMT-nin ötən həftə ərzində mülkü vətəndaşları Homs şəhərindən evakuasiya etmək səylərinə məhəl qoymayıb.

Müxalifət fəalları BMT müşahidəçilərinin fəaliyyətlərini dayandırdıqdan bir gün sonra hökumət qüvvələrinin Homs şəhərində Süni müsəlmanların məskunlaşdığı rayonda atışmanı intensivləşdirərək təxminən 11 nəfəri öldürdüyünü və onlarla digərini yaraladığını deyib.

XS
SM
MD
LG