Accessibility links

Səudiyyə Ərəbistanı Suriyadan səfirini geri çağırıb

  • Amerikanın səsi

Səudiyyə Ərəbistanı Suriyadan səfirini geri çağırıb

Səudiyyə Ərəbistanı Suriyadan səfirini geri çağırıb

Səudiyyə Ərəbistanı Suriyadan öz səfirini geri çağırıb. Səudiyyə Ərəbistanının kralı Abdulla bu gün bəyanat verərək, Suriyanı qan tökülməsinə son qoymağa çağırıb. O bildirib ki, bu vəziyyət nə dini, nə də etik dəyərlərlə bir araya sığmır. Səudiyyə kralının mesajı Ərəb Liqası və Səduiyyə Ərəbistanının özü də daxil olmaqla altı ərəb dövlətindən ibarət Körfəz Əməkdaşlıq Şurasının eyni bəyanatlarından sonra verilir. İndiyə qərə ərəb liderləri vəziyyətlə bağlı susurdu. Bu arada, Suriyada fəallar Deyr əl-Zur şəhərində ordunun bazar günü tankların müşayiəti ilə şəhərə daxil olmasından sonra bu gün də artilleriya atəşlərinin bərpa olduğunu bildirir.

XS
SM
MD
LG