Accessibility links

İnsan hüquqları fəalları Suriyada 5 nəfərin reydlər zamanı həlak olduğunu bildirir


İnsan hüquqları fəalları Suriyada 5 nəfərin reydlər zamanı həlak olduğunu bildirir
İnsan hüquqları fəalları Suriyada 5 nəfərin reydlər zamanı həlak olduğunu bildirir

İnsan hüquqları fəalları təhlükəsizlik qüvvələrinin Suriyada Homs vilayətində hökumət əleyhinə nümayişlər zamanı keçirdiyi reydlərdə beş adamı qətlə yetirdiyini bildirir. Londonda yerləşən Suriyada İnsan Hüquqlarının Monitorinqi qrupu şahidlərin Hula şəhərində reydlər zamanı atış səsləri eşitdikləri haqda məlumat verdiyini bildirib. Homs son altı aydır rejim əleyhinə nümayişlərdə səhnə olub. Təhlükəsizlik qüvvələri burada dəfələrlə reydlər keçirib. Qətllər Suriya müxalifət nümayəndələrinin paytaxt Dəməşqdə toplaşaraq, prezident Bəşar əl-Əsədi ölkə boyu dinc nümayişləri dağıtmamağa çağırmasından sonra baş verib. Milli Demokratik Dəyişiklik qrupunun həftə sonu təşkil etdiyi tədbirə ərəb və kürd millətçiləri, islamçılar və dünyəvi siyasətçilər dəvət edilmişdi. BMT Suriyada nümayişlərin hökumət tərəfindən yatırılması nəticəsində 2600 nəfərin həlak olduğunu bildirir.

XS
SM
MD
LG