Accessibility links

Suriyada intiharçı hücumu zamanı həlak olanların dəfn mərasimi keçirilib (YENİLƏNİB)

  • Amerikanın səsi

Suriyada intiharçı hücumu zamanı həlak olanların dəfn mərasimi keçirilib (YENİLƏNİB)

Suriyada intiharçı hücumu zamanı həlak olanların dəfn mərasimi keçirilib (YENİLƏNİB)

Suriya prezidenti Bəşar Əl-Əsədin tərəfdarları Dəməşqdə cümə günü partlayış zamanı həlak olan 26 nəfərin dəfn mərasimində iştirak edib.

Əsəd hökuməti cümə günü 60-dan çox adamın yaralanmasına səbəb olan partlayışın terror hücumu olduğunu bildirib. Hökumət hücumun ölkə prezidentini hakimiyyətdən devirmək üçün 10 aydır mübarizə aparan müxalifət qrupları tərəfindən həyata keçirildiyini iddia edib.

Müxalifət fəalları intiharçı bomba hücumunda əli olduqlarını rədd edir və hücumun Suriya hökumətinin özü tərəfindən təşkil edildiyini bildirir.

Hadisə zamanı ölənlərin çoxu partlayışın hədəfi olan avtobusdakı polis işçiləri olub. Daxili İşlər nazirliyinin generalına istinadən edən Suriya mətbuatı hücumun intiharçı tərəfindən həyata keçirildiyi haqda məlumat verib. Hadisənin yalnız bəzi detalları açıqlanıb.

Bu arada, Suriya fəallarının bildirdiyinə görə, təhlükəsizlik qüvvələri hökumət əleyhinə nümayiş keçirən insanlara atəş açıb. Bir nəfərin həlak olduğu deyilir. Fəallar cümə günü 17 mülki vətəndaşın həlak olduğunu deyib.

Bazar günü Ərəb Liqası təşkilatın Suriyada missiyasının araşdırmalarını müzakirə etmək və missiyanın davam etdirilib-etdirilməsi haqda qərar çıxarmaq üçün Misirdə iclas keçirəcək.

XS
SM
MD
LG