Accessibility links

Suriya təhlükəsizlik qüvvələri dəfn mərasiminə toplaşmış insanlara atəş açaraq 5 nəfəri qətlə yetirib

  • Amerikanın səsi

Suriya təhlükəsizlik qüvvələri kürd müxalifət liderinin prezident Bəşar Əl-Əsədə qarşı böyük nümayişə çevrilmiş dəfn mərasimində atəş açaraq iki nəfəri qətlə yetirib.

Şahidlərin bildirdiyinə görə, atışma Qamışlı şəhərində 50 min insanın ölkənin tanınmış müxalifət liderlərindən biri olan Maşal Tammonu son mənzilə yola salmaq üçün küçələrdə nümayişə çıxdığı vaxt baş verib.

Nümayişçilər prezident Bəşar Əl-Əsəd hökumətini hakimiyyətdən getməyə çağırıraraq, “gedin, gedin” şüarları bağırıblar.

Maşal Tammo cümə günü onun evinə hücum edən maskalı silahlı şəxslər tərəfindən öldürülüb. Hücuma görə kimin məsuliyyət daşıdığı aydın deyil.

Ölkənin aparıcı müxalifətçilərindən biri olan Tammo Suriya Milli Şurasının üzvü və Kürd Gələcək Partiyasının təsisçisi idi.

Fəalların sözlərinə görə, ölkənin digər şəhərlərində də hökumət əleyhinə nümayişlər keçirilib.

XS
SM
MD
LG