Accessibility links

Suriya prezidenti iki vilayətə yeni qubernator təyin edib

  • Amerikanın səsi

Suriya prezidenti iki vilayətə yeni qubernator təyin edib

Suriya prezidenti iki vilayətə yeni qubernator təyin edib

Suriya prezidenti Bəşar Əl-Əsəd onun 11 illik hakimiyyəti əleyhinə aylardır səhnə olan iki vilayətin qubernatorlarını vəzifədən azad edib. Suriyanın rəsmi dövlət mətbuatının verdiyi məlumata görə, cənab Əsəd Dəməşq ətrafında eyniadlı vilayət və ölkənin şimalında İdlib vilayətinin qubernatoru vəzifəsinə yeni təyinatlar edib. Dəməşq vilayətinin qubernatoru vəfizəsinə Hüsyn Məxluf, İdlib vilayətinin qubernatoru vəzifəsinə isə Yasir Əl-Şufinin təyin edildiyi bildirilir. Prezident Əsəd bir sıra başqa vilayətin qubernatorunu da mart ayında hökumət əleyhinə nümayişlər başlayandan vəzifədən azad etmişdi. BMT-nin bildirdiyinə görə, prezident Əsədin hökumət əleyhinə nümayişləri yatırması nəticəsində 3 min insan həyatını itirib.

XS
SM
MD
LG