Accessibility links

Beynəlxalq ictimaiyyət Suriyaya təzyiqləri artırır

  • Amerikanın səsi

Beynəlxalq ictimaiyyət Suriyaya təzyiqləri artırır

Beynəlxalq ictimaiyyət Suriyaya təzyiqləri artırır

Suriya beynəlxalq ictimaiyyətin müxalifətə təzyiqlərə son qoymaq üçün artan təzyiqlərilə qarşılaşır. Lakin insan hüquqları ölkədə fəalları zorakılıqların səviyyəsinin artdığını bildirir.

Suriyada İnsan Hüquqlarının Monitorinq qrupunu təmsil edən bir fəal Amerikanın səsinə bildirib ki, təhlükəsizlik qüvvələri Dəməşq ətrafındakı Rankus rayonunda 22 fəalı edam, 600 nəfəri isə həbs edib. Müxalifət qrupu şəhərin bu rayonunun bazar günü tankların müşayiətilə təhlükəsizlik qüvvələrinin oraya daxil olduğu vaxtdan mühasirədə olduğunu bildirir.

Bu arada, ABŞ və Almaniya bildirir ki, BMT Təhlükəsizlik Şurası təşkilatın təhqiqatçıları prezident Bəşar Əl-Əsəd hökumətinin ən yüksək səviyyələrində verilmiş qərarlara əsasən ən kobul pozuntuların detallarını açıqladıqdan sonra Suriyada hökumət əleyhinə nümayişlərin dağıdılmasına cavab verməlidir.

BMT-nin Suriyada insan hüquqları pozuntularına dair iddiaları araşdıran komissiyası hökumət qüvvələrini edamlar, məhkəməsiz həbslər, insanların yoxa çıxması, işgəncə, seksual təcavüz və uşaq hüquqlarının pozulmasında ittiham edib. Hesabatda deyilir ki, Suriya qüvvələri 256 uşağı öldürüb və böyüklər və onlarlar yanaşı uşaqlara işgəncə verib.

Fakt-araşdırıcı komissiyasının tapıntıları növbəti addımlar haqda qərar verilmək üçün İnsan Hüquqları Şurası və BMT-nin Baş Assambleyasına təqdim ediləcək.

XS
SM
MD
LG