Accessibility links

Ərəb Liqası möhlət bitənə qədər Suriyadan cavab gözləyir

  • Amerikanın səsi

Ərəb Liqası möhlət bitənə qədər Suriyadan cavab gözləyir

Ərəb Liqası möhlət bitənə qədər Suriyadan cavab gözləyir

Ərəb Liqası Suriyaya nümayişlərin hərbi yolla yatırılmasına son qoymaq planının bir hissəsi kimi zorakılıqların baş alıb getdiyi ölkəyə müşahidəçilər göndərmək təklifinə cavab vermək üçün bazar gününə qədər vaxt verib.

Qətərin Xarici İşlər naziri Şeyx Hamad bin Yassim Əl-Səni deyib ki, liqanın rəsmiləri Dəməşqin təşəbbüsə aydınlıq gətirilməsinə dair xahişini nəzərə alıb, lakin ciddi dəyişikliklər etməyib. Liqanın yüksək səviyyəli rəsmiləri bildiriblər ki, razılığın əldə edilməməsi Suriya böhranına xarici müdaxiləni mümkün edə bilər.

Bu arada, Reyters agentiyi xəbər verir ki, Türkiyə ilə sərhəddə İdlib vilayətində gizli polis qüvvələrinin ondan çox üzvü kəşfiyyat birləşməsindən qaçaraq xalqın tərəfinə keçib. Şənbə günü vilayətdə Suriya hökumət qüvvələri və dissident hərbçilər arasında toqquşmalar zamanı 15 adamın öldüyü bildirilir.

İnsan hüquqları fəalları şənbə günü hökumət əleyhinə nümayişlərdə 25 nəfərin öldüyünü deyir. Şahidlərin bildirdiyinə görə, son günlər daha çox əsgərin ordudan çıxması ilə döyüşlər daha da intensivləşib.

XS
SM
MD
LG