Accessibility links

Suriya insan haqları fəalları deyir ki, Suriya qüvvələrinin Homs şəhərini bombardmanı nəticəsində ən azı 17 nəfər həlak olub, çoxsaylı insan isə yaralanıb.

Homsdan görüntülər yayımlayan ərəbdilli peyk telekanalı zorakılıq nəticəsində dağıntılara məruz qalmış binaların tüstüləndiyini nümayiş etdirib. Hücum Homs şəhərinin bir neçə yerində həyata keçirilib. Nəticədə hətta bir yanacaq boru kəməri də partlayıb.

Suriya dövlət televiziyası bombardmanı "terrorçu qruoplaşma"nın həyata keçirdiyini açıqlayıb. Suriya xarici jurnalistlərin ölkəyə daxil olmasına qadağa qoyduğundan ölən və yaralanların sayının müstəqil mənbələr tərəfindən təsdiqlənməsi mümkünsüz olub.

Qeyd edək ki, Homsda oxşar hücum keçən həftənin cümə günü olmuşdu və fəallar 200 nəfərin öldürüldüyünü bildirərək bunu qətliam adlandırmışdı.

XS
SM
MD
LG