Accessibility links

Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında yeni toqquşmalar


Bu gün Kofi Annan BMT Təhlükəsizlik Şurası qarşısında Suriyada missiyasının inkişafa nail olduğunu bildirməyə hazırlaşdığı bir vaxt Suriyada hökumət qüvvələri ilə müxalif üsyançılar arasında yenidən toqquşma baş verib.

Böyük Britaniyada qərargahlanan Suriyada İnsan Haqlarını Müşahidə təşkilatı bildirir ki, Suriya prezidenti Bəşar Əl-Əsədə sadiq qüvvələr İdlib vilayətində reyd zamanı 2 nəfəri öldürüb. Qrup məlumatına görə, üsyançılar nəzarət məntəqəsinə hücum zamanı 2 əsgərin həyatına son qoyublar. Aleppo şəhərində isə bomba yerləşdirilmiş köşkün partlaması nəticəsində bir nəfər həlak olub.

BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi elçisi cənab Annan bu gün Təhlükəsizlik Şurasını ölkədəki vəziyyət barədə tanış edəcək.

Suriya müxalifətini dətsəkləyən beynəlxalq konfransda körfəz ərəb dövlətləri Suriya prezidenti Bəşər Əsədi devirmək uğrunda vuruşan üsyançıları maaşla təmin edəcəklərini bəyan ediblər.

İstanbulda keçirilən “Suriyanın Dostları” başlıqlı konfransda bir qrup körfəz dövlətləri müxalifətdə olan Suriya Milli Şurasına milyonlarla dollar pul verəcəklərini bildiriblər.

XS
SM
MD
LG