Accessibility links

Yüzlərlə suriyalı Livana qaçır


Yüzlərlə suriyalı Livana qaçır
Yüzlərlə suriyalı Livana qaçır

Yüzlərlə suriyalı ölkədə zorakılıqlardan qorxaraq qonşu Livana qaçır. Livanın təhlükəsizlik xidmətinin rəsmisinin bildirdiyinə görə, son iki gün ərzində sərhəd şəhəri olan Vadi Xaled yaxınlığında minə qədər suriyalı Livana keçib. Onlar arasında azı 6 nəfərin güllə yarası aldığı deyilir. Yaralananlar Livan xəstəxanalarında müalicə olunur. Qaçqınların bu sonuncu qrupu ölkəni Suriya təhlükəsizlik qüvvələrinin cümə günü hökumət əleyhinə nümayiş keçirən insanlara atəş açmasından az sonra tərk edib.

XS
SM
MD
LG