Accessibility links

Suriya təhlükəsizlik qüvvələrinin reydləri zamanı 6 nəfər həlak olub

  • Amerikanın səsi

Suriya təhlükəsizlik qüvvələrinin reydləri zamanı 6 nəfər həlak olub

Suriya təhlükəsizlik qüvvələrinin reydləri zamanı 6 nəfər həlak olub

Suriyada insan hüquqları fəalları bildirir ki, hökumət qüvvələrinin ölkənin bir çox yerlərində keçirdiyi əməliyyatlar nəticəsində 6 nəfər həlak olub. Suriyanın İnsan Hüquqlarının Monitorinqi qrupu İdlib vilayətinin Saramin şəhərində ən ağır zorakılıqların baş verdiyini bildirir. Qrupun bildirdiyinə görə, təhlükəsizlik qüvvələrinin axtarış əməliyyatları və həbslər zamanı atəş açması nəticəsində 5 adam həlak olub, təxminən 60 adam yaralanıb. Təhlükəsizlik qüvvələrinin paytaxt Dəməşq ətrafında Qara qəsəbəsində reydi zaman daha bir adamın həlak olduğu deyilir. İnsan hüquqları qruıları Livanla sərhəd yaxınlığında yerləşən Hit kəndində də reydlərin keçirildiyini bildirir. Qrup həmçinin təhlükəsizlik qüvvələrinin Suriyanın mərkəzində yerləşən Rastan şəhərini mühasirəyə aldığı haqda məlumat verib.

XS
SM
MD
LG