Accessibility links

Suriyada təhlükəsizlik qüvvələri tərəfindən 12 nəfərin öldürüldüyü bildirilir(YENİLƏNİB)

  • Amerikanın səsi

Suriyada təhlükəsizlik qüvvələri tərəfindən 12 nəfərin öldürüldüyü bildirilir(YENİLƏNİB)

Suriyada təhlükəsizlik qüvvələri tərəfindən 12 nəfərin öldürüldüyü bildirilir(YENİLƏNİB)

Suriyada təhlükəsizlik qüvvələri və snayperlərin dəfn mərasimində iştirak edən insanlara atəş açaraq, 12 nəfəri öldürdüyü bildirilir. İnsan hüquqları müdafiəçiləri və şahidlər insidentlərin Dəməşq yaxınlığındakı Douma və cənubda yerləşən İzraa şəhələrində baş verdiyini bildirir. Hər iki şəhərdə minlərlə insan cümə günü təhlükəsizlik qüvvələrinin 75 nümayişçini qətlə yetirməsinə etiraz bildirmək üçün bu gün küçələrə çıxıb. Associeted Press iki gün sürən zorakılıqlar zamanı 120 nəfərin həlak olduğunu bildirir. Bu gün nümayiş zamanl bəzi insanlar hökumət əleyhinə şüarlar bağırıb və prezident Bəşşar əl-Əsədin istefası çağırışlarını təkrar edib. Dünyanın qüdrətli dövlətləri Suriya hökumətini müxalifət fəallarına qarşı repressiyalara görə tənqid edib. Suriya parlamentinin iki üzvü mülki vətəndaşların qətlinə etiraz əlaməti olaraq istefa verdiklərini bildirib.

XS
SM
MD
LG