Accessibility links

Suriyada prezident Əsəd tərəfdarları ABŞ-ın Dəməşqdəki səfirliyinə hücum edib(YENİLƏNİB)

  • Amerikanın səsi

Suriyada prezident Əsəd tərəfdarları ABŞ-ın Dəməşqdəki səfirliyinə hücum edib(YENİLƏNİB)

Suriyada prezident Əsəd tərəfdarları ABŞ-ın Dəməşqdəki səfirliyinə hücum edib(YENİLƏNİB)

Suriyada prezident Bəşşar əl-Əsəd tərəfdarları ABŞ-ın Dəməşqdəki səfirliyinə hücum edib. Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, səfirliyə hücum edən kütlə pəncərələri sındırıb, ABŞ səfirliyinə məxsus ərazidə Suriya bayraqlarını ucaldıb və binanın divarında Amerika əleyhinə yazılar yazıb. Hücumçuların bundan sonra ərazini tərk etdiyi bildirilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Vaşinqtonda müxbirlərə deyib ki, Suriya təhlükəsizlik qüvvələri hücuma ləng reaksiya göstərib. Onun bildirdiyinə görə, ABŞ-ın missiyasının başçısının igamətgahına da hücum olub. ABŞ rəsmiləri hücumla bağlı Suriyanın yüksək səviyyəli diplomatına etiraz bildiriləcəyini deyib.

Qərb xəbər agentlikləri ABŞ-ın adının açıqlanmadığı rəsmisinə istinadən Suriyanın təhlükəsizlik qüvvələrinin insidentə ləng və təsirsiz cavab verdiyi haqda xəbər yayıb. Bu gün habelə Fransa səfirliyinin qarşısında da etiraz nümayişi keçirilib. Fransanın səfirliyinin mühafizəçiləri nümayişçilərin səfirlik ərazisinə daxil olmasına imkan verməmək üçün havaya atəş açıb.



XS
SM
MD
LG