Accessibility links

Suriyada hökumət əleyhinə nümayiş zamanı 36 nəfər qətlə yetirilib(YENİLƏNİB)


Suriyada hökumət əleyhinə nümayiş zamanı 36 nəfər qətlə yetirilib(YENİLƏNİB)
Suriyada hökumət əleyhinə nümayiş zamanı 36 nəfər qətlə yetirilib(YENİLƏNİB)

Suriyada bu gün hökumət əleyhinə nümayişlərdə 36 adam qətlə yetirilib. Şahidlərin bildirdiyinə görə, Suriya təhlükəsizlik qüvvələri prezident Bəşşar əl-Əsəd və hakim Bəəs partiyası əleyhinə nümayişlər zamanı 17 şəxsi qətlə yetirib. Bununla belə, Suriya rəsmiləri zorakılıqlara görə silahlı qrupları günahlandırıb. Dövlət televiziyası Dəra şəhərində hücumçuların 19 polis zabitini öldürdüyü haqda məlumat verib. Xarici mətbuat vasitələri Dərada şahidlərə istinadən təhlükəsizlik qüvvələrinn minlərlə nümayişçiyə qarşı güllə atıb, gözyaşardıcı qazdan istifadə etdiyi haqda məlumat yayıb.

Bu arada, prezident Əsədin bəzi kürdlərə Suriya vətəndaşlığı verilməsi təklifindən bir gün sonra ölkənin kürd regionunda etiraz nümayişləri keçirilib. Nümayişçilər böyük hissəsi kürd olan minlərlə siyasi məhbusun azadlığa buraxılmasını tələb edib.

XS
SM
MD
LG