Accessibility links

Suriyada ordunun reydləri zamanı 55 adamın öldürüldüyü bildirilir (YENİLƏNİB)

  • Amerikanın səsi

Suriyada ordunun reydləri zamanı 55 adamın öldürüldüyü bildirilir (YENİLƏNİB)

Suriyada ordunun reydləri zamanı 55 adamın öldürüldüyü bildirilir (YENİLƏNİB)

Suriyada fəalların bildirdiyinə görə, ordu tankların müşayiəti ilə ölkənin iki şəhərində prezident Bəşar əl-Əsədin avtoritar hakimiyyəti əleyhinə etiraz edən insanlara qarşı hücum edərək 55 adamı öldürüb. Fəallar bildirir ki, əsgərlərin Deyr əl-Zur şəhərində bazar günü səhər hücumu zamanı burada 42 nəfər həlak olub. Şəhərin müxtəlif yerlərində partlayış səslərinin eşidildiyi deyilir. Onların bildirdiyinə görə, ölkənin mərkəzində yerləşən Hulə şəhərində hücum zaman isə 13nəfər öldürülüb. Suriya prezidenti Bəşar əl-Əsəd bazar günü hücumları müdafiə edib. Ölkədə səfərdə olan Livanın xarici işlər naziri ilə görüşdə danışan cənab Əsəd Suriyanın islahatlar yolunda olduğunu deyib. Suriya prezidenti nümayişlərin dağıdılmasına son qoymaq üçün beynəlxalq təzyiqlərlə qarşılaşır. Ərəb Liqası mart ayında hökumət əleyhinə etiraz nümayişləri başlayandan ilk dəfə olaraq Suriya liderini zorakılıqları dərhal dayandırmağa çağırıb. BMT-nin Baş katibi Ban Ki Mun da şənbə günü telefon söhbəti zamanı Suriya prezidentinə eyni mesaj verib. Türkiyəni Baş naziri Rəcəp Tayyib Ərdoğan deyib ki, Suriyada vəziyyətə görə onun səbri tükənib və o, Xarici İşlər naziri Əhməd Davutoğlunu bu mesajı müvafiq şəkildə çatdırmaq üçün Dəməşqə göndərir. Cənab Əsədin müşaviri Buseynə Şaban Türkiyəni tənqid edərək deyib ki, Türkiyə Dəməşqin mülki vətəndaşlar və təhlükəsizlik qüvvələrini vəhşicəsinə qətlə yetirdiyini dediyi silahlı şəxsləri qınamayıb. Onun sözlərinə görə, Suriya bu məqamı Davutoğlunun nəzərinə çatdıracaq.

XS
SM
MD
LG