Accessibility links

Suriyada məscidə qarşı hava hücumu zamanı onlarla insan ölüb


Suriya İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, ölkənin şimalında məscidə qarşı hava hücumu zamanı azı 42 nəfər ölüb, onlarla insan yaralanıb.

Baş qərargahı Londonda yerləşən qrup cümə axşamı Hələb əyalətinin Cenna bölgəsindəki reydlərin kim tərəfindən həyata keçirildiyinin müəyyən edilmədiyini bildirib.

Birləşmiş Ştatlar hərbi qüvvələri havadan hücumun Suriyanın şimalında, Əl-Qaidənin məscidin yaxınlığında keçirdiyi yığıncağa edildiyini deyib. Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının sözçüsü, polkovnik Con Tomas məscidin hədəf alınmadığını, lakin Əl-Qaidənin yığıncaq keçirdiyi binanın məsciddən təxminən 15 metr məsafədə yerləşdiyini və məscidin dağılmadığını bildirib.

Suriya və Rusiya hərbi qüvvələri də həmin regionda hava hücumları həyata keçirib.

İnsan Haqlarının Müşahidəsi qrupunun dediyinə görə, hücum həyata keçirildiyi vaxt məscid axşam ibadəti üçün insanla dolu olub və çoxu dağıntılar altında qalmaqla, 100-dən çox insan yaralanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG