Accessibility links

Hələbə hücum zamanı xlor qazından istifadə edilib


Xilasetmə işçilərinin bildirdiyinə görə, çərşənbə axşamı hökumət qüvvələrinin xlor qazından istifadə etməsindən sonra Suriyanın Hələb şəhərində azı 70 nəfərə tənəffüs probleminə görə yardım göstərilib.

Suriya Mülki Müdafiə qrupu vertolyotlardan müxalifətin nəzarətindəki Əl-Sukkari məhəlləsinə tərkibində xlor olan çənlər atıldığı bildirilib.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu da həmin ərazidə partlayışların olduğunu təsdiq edib, lakin xlordan istifadə edildiyi barədə məlumat verməyib.

Son 5 ildə hər iki tərəf, həm hökumət, həm də üsyançılar biri-birilərini hücumlar zamanı kimyəvi maddədən istifadə etrməkdə ittiham edir.

Beynəlxaql müfəttişlərin keçən ay nəşr etdiyi hesabatında hökumət qüvvələri və İslam Dövləti qrupunun kimyəvi hücumlar həyata keçirdiyi deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG