Accessibility links

Yardım işçilərinin bildirdiyinə görə, Suriya və onun müttəfiqi Rusiyanın hərbi qüvvələri bazar ertəsi Hələb şəhərinin üsyançıların nəzarətində olan şərq bölgəsində bomba hücumlarını intensivləşdirib. Artıq dördüncü gündür davam edən hücumlar zamanı 100 nəfərə qədər insan ölüb.

Anqlikan Missionerləri Cəmiyyətinin xilasedicilərinin Twitter səhifəsində açıqlamasında ölənlər arasında uşaqların da olduğu bildirilib. Açıqlamada həmçininxəstəxanalarda tibb işçilərinin çatışmadığı və yerlərin olmadığı, əlavə yardımın isə çatdırılmadığı deyilir.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatında deyilir ki, bu ayın əvvəlində atəşkəsin pozulmasından sonra Hələb və onun ətraf bölgələrində 250-yə yaxın insanın həlak olub. Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılığında yüz minlərlə insana təcili olaraq ərzaq və dərman çatdırılrmasına imkan yaradılmasına çağırılırdı.

Ölkədə vətəndaş müharibəsinin başlamasından bir il sonra 2012-ci ildən bəri ən böyük şəhəri olan Hələb hökumət qüvvələri, üsyançı qruplar, islamçı ekstremistlər və kürd döyüşçüləri arasında bölünüb.

BMT rəsmilərinin hesablamalarına görə, Suriyada vətəndaş müharibəsi nəticəsində çoxu mülki vətəndaş olmaqla 400 mindən çox insan həyatını itirib.

XS
SM
MD
LG