Accessibility links

BMT Hələbdəki durumla bağlı təcili sessiya keçirib


BMT Təhlükəsizlik Şurası Suriyanın Hələb şəhərində qarşıdurmanın artması ilə bağlı növbədənkənar görüş keçirib.

Britaniya və Fransa vəziyyətlə bağlı sessiya keçirilməsinə çağırıb. Russiyanın BMT-dəki səfiri Vitali Çurkin sessiyanı tənqid edərək bunu “təbliğat kampaniyası” adlandırıb.

Toplantı Avropa parlamentinə Hələbdə döyüşlərin intensivləşdiyini və daha da çox mülkü vətəndaşın qaçmağa cəhd göstərdiyini deyən BMT-nin Suriya üzrə elçisi Staffan de Misturanın ehtimalından sonra keçirilir.

“Mən inkar edə bilmərəm ki, bu, hərbi fəaliyyətin artmasıdır və mən sizə deyə bilmərəm ki, Hələbin şərqindəki insanlar nə qədər buna tab gətirə biləcək. Burada hərbi qüvvələrin fəaliyyəti daim artır”- deyə Mistura Avropa parlamentində bildirib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarının Müşahidəsi qrupu ötən dörd gün ərzində Hələbin şərqindən 50 mindən çox insanın qaçdığı barədə məlumat verib.

Fəallar bildirib ki, son döyüşlər nəticəsində şəhərin digər ərazilərindən bu bölgəyə gələn qaçqınlardan azı 21-i öldürülüb. SANA xəbər agentliyinə istinadən şəhərin hökumətin nəzarətində olan hissəsində səkkiz nəfərin həlak olduğu bildirilib.

XS
SM
MD
LG