Accessibility links

Suriya ordusu Hələbin köhnə şəhərinin nəzarətini ələ keçirib


Suriya İnsan Haqlarının Monitorinqi qrupu bildirib ki, Rusiyanın dəstəklədiyi Suriya ordusu Hələbin köhnə şəhərinin nəzarətini tam əla keçirib.

Suriyada vətəndaş müharibəsini müşahidə edən qrup bildirib ki, üsyançı qüvvələr son qərərgahlarının yerləşdiyi şəhərin şərq sektorundan çıxdıqdan sonra çərşənbə günü axşam saatlarında suriyalı əsgərlər yaxınlıqda yerləşən Bab əl-Hadid və Aqhior rayonlarının nəzarətini ələ keçirib.

Hələbin köhnə şəhərinin təslim olması prezident Bəşar Əl-Əsəd rejiminin beş il davam edən müharibədə böyük qələbəsi hesab edilə bilər. Ordu hazırda 2012-ci ildən bəri üsyanşıların nəzarətində olan Hələbin şərqinin azı 75 faizinə nəzarət edir.

UNESCO-nun 30 il əvvəl tarixi miras elan etdiyi köhnə şəhərin küçələrinin bəziləri hücumlar nəticəsində dağıdılıb. Şahidlər tarixi sektorun izlərinin fakitiki olaraq tanınmaz hala salındığını bildirib.

Ötən iki həftə ərzində çox sayda qaçqının hökumətin nəzarətində olan və şəhərin nisbətən daha təhlükəsiz hesab edilən qərb rayonlarına köçməsinə baxmayaraq, on minlərlə mülkü vətəndaşın hələ də Hələbin şərqində mühasirədə qaldığı deyilir.

XS
SM
MD
LG