Accessibility links

Suriya erməniləri Ermənistana pənah gətirir [Video]


Suriyada prezident Bəşar Əl-Əsədə qarşı iki il bundan əvvəl başlamış xalq üsyanı nəticəsində yüz minlərlə insan qaçqın və məcburi köçkün olub. Onların arasında Suriyada yaşayan altı min erməni də var. Suriya erməniləri münaqişə nəticəsində əcdadlarının vətəni olan Ermənistana üz tutur.

Yerevanda 114 saylı orta məktəbdə Suriyadan gəlmiş 150 erməni şagird təhsil alır. Bu qızlar Hələbdən keçən il iki həftəlik Yerevana səfər edib, bir daha ora qayıda bilməyib

Onlar Suriyada vətəndaş müharibəsindən canını qurtarıb əcdadlarının vətəninə üz tutmuş altı min erməni arasındadır. İndi onlar öz dostları ilə Skype və Facebook vasitəsilə əlaqə saxlayır.

15 yaşlı Mariya Vartanyan dostları ilə danışanda göz yaşlarını saxlaya bilməyi ağladığını deyir.

17 yaşlı Karen Balxyan isə Hələbdəki dostlarının müxtəlif ölkərə səpələndiyini deyir.

“Onlardan ikisi burada mənimlə məktəbdədir. İki dostuim Kanadaya, bir dostum isə Birləşmiş Ştatlara gedib.”

Sarkis Balkiyan Amerika ermənisidir. O, qaçqınlara kömək üçün Ermənistana gəlib. Ədyal və isti qış geyimləri ilə dolu otağında danışan Sarkis Balkiyan vəziyyəti təsvir edir: “İyul ayında münaqişə başlayanda Suriya ermənilərinin böyük hissəsi elə bilirdi ki, bu yalnız qısa müddət davam edəcək. Onların çoxu Ermənistana yayda gəldiklərinə görə özləri ilə qış geyimləri götürməyib. Çoxları maliyyə baxımından da burada uzun müddət qalmağı planlaşdırmayıb.”

Yerevanda Anteb restoranında Sarkis Raşduni xarici valyuta mübadiləsi ilə məşğul olur. O deyir ki, Suriya ermənilərinin çoxu işsizlik səviyyəsini yüksək olduğu, təcrid olunmuş kiçik bir ölkə olan Ermənistanda iş tapmaqda çətinlik çəkir. “Xristianlar yaşadıqları ölkələrdə siyasətə o qədər inanmasalar da, ərəblərə, adi ərəblərə, adi vətəndaşlara inanırlar. Onlar indi vəziyyətin sabit olduğuna inanmır. Yaxın Şərqdə onların yaşadığı ölkələrdə sabitlik mövcdu deyil.”

Suriya ermənilərinin böyük hissəsin Birinci Dünya Müharibəsi dövrü Osmanlı imperatorluğunda kütləvi qırğından qamış ermənilərin xələfləridir. Onlar indi Suriyada təriqət zəminində zorakılığın qurbanı ola biləcəklərindən qorxur.

Ermənilərdə bu inamsızlığın səbəbi 1915-ci il hadisələrinin yaddaşlarda qalması ilə izah edilir.

Regional Araşdırmalar Mərkəzində təhliçi Riçard Giraqosyan deyir ki, ermənilər 1952-ci ildə Camal Əbdül Nasirin sosialist siyasətindən ehtiyat edərək Misirdə olduğu kimi Yaxın Şərqin başqa ölkələrini tərk ediblər. “Onlar o zaman Misirdən gedib. Sonra Livanda vətəndaş müharibəsi zamanı Beyrutdan çıxdılar. Bundan sonra 1979-cu ildə çox sayda adam Tehranı tərk edib. Buna görə də erməni diasporunda dinamik dəyişiklik tendensiyası mövcuddur. Ermənilərin Yaxın Şərqdə vəziyyəti həmişə sabit, ya da durğun olmayıb.”

Erməni diasporunun gənc üzvləri üçün gələcəyə yolda müxtəlif seçimlər var. Onlar Amerikada təhsil almaq, Hələbə qayıtmaq, ya da gələcək həyatı Ermənistanda qurmaqdan bəhs edir.
XS
SM
MD
LG