Accessibility links

Suriyada zorakılıqlar beynəlxalq narahatlıqları artırır (VIDEO)

  • Amerikanın səsi

Suriyada zorakılıqlar beynəlxalq narahatlıqları artırır (VIDEO)

Suriyada zorakılıqlar beynəlxalq narahatlıqları artırır (VIDEO)

Ekspertlərin fikrincə, prezident Əsəd vəziyyətə tam nəzarət edə bilmir və əsas qərarların çıxarılmasında atasının komandasındakı müşavirlər rol oynayır

Qərb və ərəb ölkələrinin Suriya hökumətinin etiraz nümayişlərini zorakı şəkildə dağıtmasına son qoymaq istiqamətində səyləri hələ nəticə verməyib. Prezident Bəşar Əl-Əsəd isə böhranın həll edilməsinə səy göstərmir.

Corc Vaşinqton universitetində professor Cerald Post bu inkişaflardan narahatdır. O, universitetdə Siyasi Psixologiya kafedrasının müdiridir və ABŞ prezidentlərinə dünya liderlərinin psixoloji durumu ilə bağlı məlumat verir. “Onun yeganə bazası bir qüvvə üzərində qurulub. Bu da çox təhlükəlidir, çünki bunun zorakılıqdan başqa bir yolu yoxdur “-deyə o bildirir.

Əsəd rejiminin əsası hazırkı prezidentin atası, Suriyanı 30 il dəmir əllə idarə edən Hafiz Əsəd tərəfindən qoyulub.

Əsəd ailəsi Suriyada azlıqda olan şiə müsəlmanların ələvi təriqətinə mənsubdur. Vaşinqtonda Suriya Siyasi və Strateji Araşdırmalar Mərkəzinin direktoru Radvan Ziade deyir ki, rejimin əsas işi ələvilərin ölkəyə nəzarətini təmin etməkdən ibarətdir. Radvan Ziade: “Rejim Suriyada Ələvilər tərəfindən ciddi nəzarət olunan təhlükəsizlik aparatına əsaslanır. Bunun nəticəsində təhülkəsizlik qüvvələrində bir-birini dəstəkləyən Ələvi zabitlərdən ibarət böyük şəbəkə yaranıb.”

Bəşar Əsədi hakimiyyətə gətirimək onun atasının birinci seçimi deyildi. Londonda göz həkimi ixtisası üzrə təhsil almış Bəşar yumşaq xasiyyətli insan hesab edilirdi. Atası onun böyük qardaşı Bəsili hakimiyyətə gətirmək istəyirdi. Lakin Bəsil avtomobil qəzasında həlak olduqdan sonra Bəşar Dəməşqə çağırılmış və Suriyanın lideri olmaq üçün təlim almışdır. Doktor Cerald Post: “Onun tətbiq etdiyi zorakılıqların miqyası atasının yaxın adamları və hərbi liderlər üçün bu deməkdir:Mən də atam kimi bunları edə bilirəm. Mən onun imicini saxlaya bilirəm.”

1982-ci ildə Hafiz Əsəd Həma şəhərində üsyanı qəddarcasına yatırmışdı. Amnesty International ölənlərinin sayıın 10 minlə 25 min arasında olduğunu bildirir. Doktor Postun sözlərinə görə, bu hadisə Bəşar Əl-Əsədə öz təsirini göstərib: “Onun üçün ən çətin məsələlərdən biri odur ki, o, birlik modeli tapa bilmir, yəni 1982-ci ildə Həmada tətbiq edilən necə deyərlər, yoldan başqa münaqişənin necə həll edilməsi yolunu görmür.”

Bəzi təhlilçilər hesab edir ki, cənab Əsəd əslində böhrana tam nəzarət edə bilmir. Mütəxəssislərin sözlərinə görə, onun bəzən atasının dövründən qalmış müşavirləri kompromis əleyhinə çıxış edir. Radvan Ziade: “Buna görə də üsyan başlayanda güzəştə getmək, ya da mühüm islahatlar həyata keçirmək Bəşar Əsəd üçün çətin idi. Çünki onlar bilir ki, hər hansı bir addım rejimin çökməsi deməkdir.”

Bu isə zorakıqlıqların səviyyəsinin artması və mülki əhalinin ölkə başçısından getdikcə daha da təcrid olunması ilə nəticələnmişdir.

XS
SM
MD
LG