Accessibility links

Avropa İttifaqı Suriya müxalifətinə silah göndərilməsinə icazə verib


Britaniyanın xarici işlər naziri Villiam Heyq deyib ki, Avropanın 27 ölkəsi Suriyada silah embarqosuna düzəliş etməyə dair razılığa gəlib. Düzəliş prezident Bəşar Əl-Əsədi hakimiyyətdən devirmək istəyən üsyançıları silahla təmin etmək imkanı verir.

Heyq razılığın əldə edildiyini dünən Brusseldə elan edib. Digər ölkələr Suriya üsyançılarının silahla təmin edilməsinə müqavimət göstərən zaman Britaniya silah yardımına çağıran başlıca ölkə idi.

Hollandiyanın xarici işlər naziri Frans Timmermans sazişin əldə edilməsini uğurlu nəticə adlandırıb.

Heyq şənbə günü embarqoya düzəlş qüvvəyə mindikdən sonra rəsmi Londonun üsyançılara silah göndərmək barədə heç bir planı olmadığını deyib.

O bildirib ki, Suriya hökumətinə silah təchizatına qoyulmuş qadağa Avropa İttifaqının Dəməşqə qarşı digər sanksiyaları ilə bərabər qüvvədə qalmağa davam edəcək.
XS
SM
MD
LG