Accessibility links

Suriyada münaqişə daha geniş əraziyə yayıldıqca, ölkəni tərk edən suriyalıların da sayı artır.

Ölkədə islam dövləti qurmaq istəyən ekstremist qruplaşmalar hökumət və müxalifət qüvvələrlə yanaşı ölkənin şimal-şərqində kürd qrupları ilə döyüşlər aparır ki, bu da kütləvi mühacirətə səbəb olub.

BMT-nin qaçqınlar agentliyi bildirib ki, cümə axşamından bəri azı 14 min insan İraqın şimalına köçüb və daha çox insanın ölkəni tərk edəcəyi ehtimal edilir.

Suriya hökuməti Dəməşq və digər mühüm şəhərlərdə mövqeyini gücləndirmək üçün nəzarətində olan qüvvələri kürdlərin üstünlük təşkil etdiyi ərazilərdən çıxarıb.

O zamandan bəri Əl-Qaidə ilə əlaqədar qruplar kürd silahlı qruplara qarşı döyüşə başlayıb.

Terrorçu qrupun üzvləri Suriya müxalifət qüvvələrinin içərisinə sızıb. Müxalifət partiyasının sözçüsü Rajaa Nasir 150 min yaraqlının arasında təxminən 1500 ekstremistin olduğunu deyib. Rajaa onların döyüş təcrübələrinin olduğunu və onların mövqeyinin müxalifət qüvvələri arasında genişləndiyini deyir.

Bu məlumat beynəlxalq ictimayyətdə narahatlığı artırıb və Qərbin müxalifətə hərbi yardım göndərməsini sual altına alıb.
XS
SM
MD
LG