Accessibility links

Bəşar Əl-Əsəd ona qarşı irəli sürülən yeni ittihamları rədd edir


Suriya prezidenti Bəşar Əl-Əsəd onun qüvvələrinin vətəndaş müharibəsində mülkü vətəndaşlara qarşı xlor maddəsi də daxil olmaqla kimyəvi silahlardan istifadə etdiyinə dair yeni ittihamları rədd edir.

Bu həftə İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, ötən ay İdlib vilayətində kimyəvi çəllək bombalarından istifadə etdiyinə dair dəlillər var.

Qərb insan haqları qrupları və hökumətləri dəfələrlə Əsəd hökumətini mülki vətəndaşlara qarşı kimyəvi silahlardan istifadədə təqsirləndirib. Rəsmi Dəməşq ittihamları rədd edib.

Bugünkü müsahibəsində prezident Əsəd bu kimi ittihamların Suriya hökuməti əleyhinə təbliğat olduğunu və Suriya hökumətini iblis kimi qələmə vermək məqsədi daşıdığını deyib.

“Mətbuat təbliğatı regionumuzdakı reallığı əks etdirmir. Onların bu ittihamlara dair bir dənə də olsun dəlili yoxdur” deyə cənab Əsəd İsveçdə qərargahlanmış Expressen televiziyasına bildirib.

XS
SM
MD
LG