Accessibility links

Sergey Lavrov: Rusiya Suriya prezidentindən vəzifəsindən getməsini istəməyib


Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya Suriya prezidenti Bəşar Əl-Əsəddən vəzifəsindən getməsini istəməyib və ona siyasi sığınacaq təklif etməyib.

Onun mətbuat konfransındakı şərhləri BMT-nin cümə günü Cenevrədə yeni raund Suriya danışıqlarını təşkil etdiyi vaxta təsadüf edib.

Məqsəd ölkədə müharibəyə son qoymaq, yeni konstitusiya və seçkilərdən ibarət olan siyasi keçid barədə razılıq əldə etməkdir.

Rusiya prezidenti Vladimir Putin bu ayın əvvəli müsahibəsində Əsədə sığınacaq vermədə problem görmədiyinə işarə edib.

Lavrov deyib ki, Rusiyanın dörd ay Suriyada Əsədi dəstəkləyən hava hücumları hadisələrə müsbət təsir göstərib. Əsəd qüvvələri Suriyada beş ildir ki, üsyançı qruplarla və yaxın zamanlardan başlayaraq İŞİD-ə qarşı mübarizə aparır.

XS
SM
MD
LG