Accessibility links

Suriya fəallarının bildirdiyinə görə, BMT baş katibi Ban Gi Munun artilleriya və hava hücumlarına görə narahatlığını bildirməsindən bir gün sonra hökumət qüvvələri hələ də öldürücü hücumlarını davam etdirir.

Fəallar bu gün paytaxt Dəməşqin ətrafında üsyançıların istehkamlarını hədəf aldığını və Douma yaşayış məntəqəsində iki nəfəri qətlə yetirdiyini deyirlər. Yerli Koordinasiya Komitəsi hücumların Dəra və İdlibdə də həyata keçirildiyini bildirir. Dəra vilayətində 20 nəfərin öldürüldüyü bildirilir.

Bazar ertəsi BMT sözçüsü cənab Banın Suriyanın xarici işlər naziri Valid Əl-Müəllimlə Nyu-Yorkda Baş Assambleyanın yığıncağında görüşərək, onun hökumətini öz xalqına mərhəmət göstərməyə çağırdığını deyib.
XS
SM
MD
LG