Accessibility links

ABŞ prezidenti Barak Obama dünya liderləri ilə görüşmək üçün Rusiyaya gedib. Zirvə toplantısında əsas müzakirə mövzusunun ABŞ-ın Suriyaya hərbi müdaxiləsi olacağı gözlənilir.

Suriya böhranı Sankt-Peterbuqrda iki gün davam edəcək Böyük 20-liyin görüşünün rəsmi gündəliyinə daxil deyil. Lakin liderlər Suriya böhranına dair müzakirələri görüşdən kənar aparacaq.

Cənab Obama Suriya hökumətinə qarşı hərbi hücum həyata keçirmək üçün daha geniş daxili və xarici dəstək axtarışındadır.

Prezident Obama Sankt-Peterburqa çatandan qısa müddət sonra Suriyada kimyəvi silahlardan istifadə də daxil olmaqla bir neçə məsələri müzakirə etmək üçün Yaponiya baş naziri Şinzo Abe ilə görüşüb.

Böyük 20-liyin sammitindən bir gün əvvəl ABŞ Senatının komitəsi Suriya hökumətinə qarşı məhdud hücum planını təsdiqləyib. Plana Suriyaya ABŞ-ın quru qoşunlarının göndərilməsi daxil deyil. Planı baş tutması üçün Konqresin hər iki palatası onu təsdiqləməlidir.

Cənab Obama İsveçə səfəri zamanı deyib ki, Suriya prezidenti Bəşar Əl-Əsədin kimyəvi silahlardan istifadə etməsi məsələsinə münasibət bildirməməsi beynəlxalq ictimaiyyətin etibarına birbaşa təsir göstərəcək.

Rusiya Suriyanı silahla təmin edən əsas ölkədir. Çin isə artıq BMT-nin Təhlükəsizlik Şurasının Əsəd hökumətini cəzalandırmağa dair üç qətnaməsinə veto qoyub.
XS
SM
MD
LG