Accessibility links

Suriya prezidenti Bəşar Əl-Əsəd Rusiya ilə ABŞ arasındakı razılığa sadiq qalacağını və kimyəvi silahlarını təhvil verəcəyini bir daha bəyan edib.

BMT-nin Təhlükəsizlik Şurasında razılığın sonuncu mərhələsi üzərində işlənildiyi bir vaxt Bəşar Əl-Əsəd Venesuelanın Telesur televiziya kanalına müsahibə verib.

Cənab Əsədin şərhləri BMT-nin kimyəvi silahlar üsrə ekspertlərinin kimyəvi silahlardan istifadə edildiyindən şübhələnilən bölgələrdə araşdırma aparmaq üçün Suriyaya qayıtdığı vaxtla üst-üstə düşüb.

Mütəxəssislərdən ibarət qrup avqustun 21-i Dəməşq yaxınlığında ölümcül sarin qazından istifadə edildiyini artıq müəyyən edib.
XS
SM
MD
LG