Accessibility links

BMT Suriyaya dair uzun müddətdir gözlənilən sülh konfransının yanvarın 22-i Cenevrədə keçriləcəyini bildirib.

Konfransın keçirilməsi üçün müəyyən edilmiş tarixi elan edən BMT-nin Baş katibi Ban Ki Mun müharibəyə son qoymaq üçün Suriya hökuməti və müxalifətinin tədbirə ciddi məramla qatılacağını gözlədiyini deyib.

Cenevrə konfransının tarixinin elan edilməsi BMT və Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Laxdar Brahiminin Rusiya xarici işlər nazirinin müavinləri Mixayil Boqdanov və Gennadi Qatilov və ABŞ-ın Siyasi məsələlər üzrə katibinin müavini Vendi Şermanla görüşündən sonraya təsadüf edir.

Danışıqların məqsədi tərəflərin hökumətin icraedici səlahiyyətlərinin tam təhvili də daxil olmaqla, münaqişənin siyasi həllinin tapılmasınddan ibarətdir.
XS
SM
MD
LG