Accessibility links

Suriyada oğurlanmış ABŞ müxbirləri azad edildi


Birləşmiş Ştatların NBC telekanalı bu gün bildirib ki, Suriyada oğurlanan xarici müxbir Riçard Engel və onun komandası sağ-salamatdır. NBC kanalı Engel və onunla bərabər Türkiyədən Suriyanın şimal-qərb bölgəsinə keçən qrup keçən həftənin cümə axşamı naməlum şəxslər tərəfindən girov götürüldüyünü, bazar ertəsi isə atışmadan sonra azad edilərək yenidən Türkiyəyə göndərildiklərini bildirib.

NBC rəsmiləri ehtimal edirlər ki, jurnalistləri saxlayanlar Suriya prezidenti Bəşar əl-Əsəd əleyhinə döyüşən qüvvələr olub.

Suriya fəallarının bildirdiyinə görə, fələstinlilərin Dəməşqdəki qaçqın düşərgəsində prezident Bəşar Əl-Əsədə müxalif qüvvələrlə hökumət tərəfdarları arasında döyüşlər şiddətlənib.

Suriya hərbi təyyarələrinin Yarmuk düşərgəsini bombardman etmələrindən iki gün sonra düşərgədə atışmalar başlanıb. Fəallar bombardman zamanı səkkiz nəfərin öldüyünü bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG