Accessibility links

Venesuela prezidenti Yaxın Şərqə səfərini davam etdirir

  • Amerikanın səsi

Venesuela prezidenti Yaxın Şərqə səfərini davam etdirir

Venesuela prezidenti Yaxın Şərqə səfərini davam etdirir

Venesuela prezidenti Hüqo Çaves onun öz sözlərilə ABŞ imperializminə müqavimət göstərmək məqsədilə Yaxın Şərqdə müttəfiq ölkələrə turnesini davam etdirir. Cənab Çaves Tehranda İran prezidenti Mahmud Əhmədinejadla qərbin qlobal məsələlərdə dominantlılğını azaltmaq üçün dünyanın yeni nizamını yaratmağa söz verdikdən sonra bu gün Suriyaya səfər edib. O, Dövlət Departamentinin terrorizmi dəstəkləyən ölkələr siyahısında olduğu üçün ABŞ-ın sanksiyalar tətbiq etdiyi Suriyada da eyni dəstəyi almağa çalışır. ABŞ Suriyanı həmçinin gizli nüvə fəaliyyətləri olmaqda günahlandırır. Dəməşq bu iddiaları rədd edir. İranda olduğu müddət cənab Çaves nüvə proqramına görə İrana qarşı hərbi hədələri tənqid edib. Venesuela prezidenti İran rəsmiləri ilə neft, təbii qaz, tekstil və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan 11 müqavilə imzalayıb.

XS
SM
MD
LG