Accessibility links

BMT: Suriyalı qaçqın uşaqların sayı bir milyondan çoxdur


BMT-nin uşaq və qaçqınlar üzrə agentliklərinin bildirdiyinə görə, son hesablamalar Suriyadakı zorakılıqlardan qaçan uşaqların sayının bir milyona çatdığını, iki milyonunun isə hələ də Suriya sərhədlərində toplaşdığını göstərib.

UNICEF və Qaçqınlar üzrə Baş Komissarlıq Suriyadan qaçan uşaqların Livan, İordaniya, İraq və Misir, eləcə də Şimali Afrika ölkələrində və Avropada sığınacaq tapdıqlarını bildirib. Lakin təşkilat onu da əlavə edib ki, bu uşaqlar ağır iş, erkən evlilik, seksual təcavüz və insan alveri ilə üzləşirlər.

BMT ekspertlərinin fikrincə, Suriyadan qaçan 768 min uşaq 11 yaşdan kiçikdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG