Accessibility links

Human Rights Watch Suriya hökumətini kasetli bombalardan istifadə etməkdə ittiham edir


Təşkilat Suriyada istifadə edilən qadağan edilmiş kasetli bombaların Rusiya istehsalı olduğunu bildirir

Suriya ordusu Human Rights Watch təşkilatının son günlər Rusiya istehsalı olan qadağan edilmiş kasetli bombalardan istifadə edildiyinə dair iddialarını qəti şəkildə rədd edib. Ordunun açıqladığı bəyanatda məlumatın əsassız olduğu bildirilir.

Suriyada İdlib vilayətinin Taftanaz kəndi üzərində uçan vertolyotdan kəndə bomba atılır.

Human Rights Watch bildirir ki, bombanın düşərək hissələrə parçalanması və ondan ayrılan kiçik bombaların partlaması onun kaset bombası olduğunu göstərir.

Bu, keçən həftə internetdə yerləşdirilmiş video materiallardan biridir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Belçikada müxbirlərin suallarına cavab verərək, Suriya hökumətinin Rusiya istehsalı olan kasetli bombalardan istifadə etmədiyini deyərək, regionda böyük həcmdə silahın mövcud olduğunu və bu silahların qanuni yolla çatıdırıldığını əlavə edib.

Suriya ordusu kasetli bombalardan istifadə edildiyini inkar edərək, onların hərbi arsenalda olmadığını bildirib.

Lakin Human Rights Watch təşkilatının nümayəndəsi Deyvid Merham Suriya hökumətinin kasetli bombalardan geniş şəkildə istifadə etdiyinə dair çox sayda dəlil olduğunu deyir: “Kasetli bombalardan istifadə beynəlxalq müqaviləyə əsasən bütün dünyada qadağan edilib, lakin Suriyada belə görünür onlardan istifadə edilir. Biz bu hərbi sursatın sovet dövründən qaldığını düşünürük. Partlayıcı qurğu kanister və kiçik kalibrli bombadan ibarətdir. Amma biz bilmirik bu bombalar Suriyaya nə zaman gətirilib. Bizdə bombaların son 20 il Suriyanın hərbi anbalarında olduğu, ya da yaxın zamanlarda ölkəyə gətirildiyi haqda məlumat yoxdur.”

İnternetdə Suriyanın başqa regionlarında çəkilmiş video görüntülər də yerləşdirilib. Homs şəhəri yaxınlığında Talbise kəndində bombanın qalıqları göstərilir. Deyr Ezzor vilayətində çəkilmiş daha bir videoda isə uşaq partlamamış bomba ilə oynayır.

Deyvid Merham bunu ən böyük təhlükə adlandırır: “Onlar partlamayanda böyük bir ərazidə kiçik bombalara ayrıla bilir, onların parıltısı bəzən uşaqları özünə cəlb edir və çox vaxt uşaqlar bunun nə olduğunu öyrənmək istəyib onlara toxunanda bombalar partlaya bilər.”

Human Rights Watch bildirir ki, bu bombalardan əsas etibarilə Dəməşq və Suruyanın ikinci böyük şəhəri olan Hələb ətrafında əhalinin sıx yaşadığı yerlərdə istifadə edilir.

Hökumət və üsyançı qüvvlər bu ərazilərdə əsas yollara nəzarətin ələ keçirilməsi uğrunda mübarizə aparır.

Üsyançı qüvvələr hökumətn ordusunun tankları və artilleriyasına qarşı mübarizədə malik olduğu az sayda ağır silah işlədir.

Yaraqlılar və mülki əhali indi ərazilərin kaset bombaları ilə bombardman edilməsi kimi yeni bir təhlükə ilə qarşılaşır.

Suriya-kasetli bombalar
please wait

No media source currently available

0:00 0:02:14 0:00
XS
SM
MD
LG