Accessibility links

Suriyanın ən böyük su səddi təhlükədədir


Birləşmiş Ştatların dəstəklədiyi kürd döyüşçüləri Suriyanın şimal bölgəsində, ən böyük səddin yaxınlığında İslam Dövləti qrupunun ekstremistlərinə qarşı əməliyyatları müvəqqəti dayandırıb. Məqsəd bu nəhəng su-elektrik stansiyasının strukturunun təhlükəsizliyinin ekspertlər tərəfindən yoxlanmasıdır.

Fırat çayı üzərindəki Tabqa səddi İslam Dövləti qrupunun de-fakto paytaxtı olan Raqqa şəhərindən təxminən 40 km. məsafədə yerləşir. Bu səddin və yaxınlıqdakı aeroportun nəzarəti 2014-cü ildən bəri cihadçıların əlindədir.

Suriya Demokrat Ordusu adlanan qüvvələr əməliyyatların dayandırılmasına bazar ertəsi cihadçıların sosial media vasitəsilə 4 km. üzunluğundakı hidro-elektirk səddin koalisiya qüvvələrinin bu yaxınlardakı əməliyyatları zamanı xəsarət aldığını və tezliklə dağıla biləcəyini deməsindən sonra qərar verib.

BMT səddin dağılmaq təhlükəsi qarşısında olması ilə bağlı xəbərdarlıq edərək, bunun nəticəsində Raqqa və yaxınlıqda, İraqla sərhəddən 150 km məsafədəki Deyr-Ezzor şəhərinin də sellərlə üzləşə biləcəyini bildirib.

Kürdlərin Rudav xəbər agentliyinin yerli mənbələrə əsaslanaraq elektrik stansiyasının xəsarət almasndan sonra səddin bazar günündən bəri sıradan çıxdığını bildirib.

XS
SM
MD
LG