Accessibility links

Mülki vətəndaşlar Suriyanın döyüşlər gedən şəhərlərindən evakuasiya ediləcək


Suriya hökuməti ilə prezident Bəşar Əl-Əsədə müxalif olan üsyançılar arasında döyüşlərin getdiyi şəhərlərdən mülki vətəndaşların evakuasiyası ilə bağlı razılıq əldə edilib.

Artıq bir neçə ildir üsyançılar şimal-qərb bölgəsindəki Fua və Kəfraya şəhərlərini, hökumət tərəfdarı qüvvələri isə Dəməşq yaxınlığındakı Zəbadani və Mədayə şəhərlərinə nəzarət edir.

Altı ildir ölkədəki münaqişəni monitorinq edən Suriyanın İnsan Haqları Müşahidə Qrupunun bildirdiyinə görə, evakuasiya aprelın 4-dən başlayacaq. Razılığa əsasən, evakuasiyanın həyata keçiriləcəyi şəhərlərdə atəşkəs rejimi elan ediləcək. Müşahidə qrupu bu gün həmin bölgədə sakitliyin olduğunu bildirib.

Bundan əvvəl də həmin dörd şəhərdən insanların çıxması və humanitar yardım çatdırılması ilə bağlı razılıqlar əldə olunmuşdu. Lakin razılıqlara baxmayaraq, BMT və yardım qrupları bəzən həmin ərazilərə daxil olmağın mümkün olmadığından şikayətlənirdi.

BMT dəfələrlə Suriyada bütün tərəfləri döyüşlər zamanı şəhərlərin blokadaya alınması taktikası işlətməməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG