Accessibility links

Rusiyanın yüksək səviyyəli diplomatının prezident Bəşar Əl-Əsədə qarşı mübarizədə Suriya müxalifətinin qalib gələcəyini dediyi bir vaxt paytaxt Dəməşq yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində 16 nəfər ölüb.

Bu gün Qatanada həyata keçirilən hücum Dəməşqdəki Daxili İşlər Nazirliyinin girişində 5 nəfərin ölümü ilə nəticələnən partlayışdan bir gün sonraya təsadüf edir.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriya prezidenti Bəşar Əl-Əsədin ölkədə ərazilərin nəzarətini itirdiyini və müxlifətin qalib gəlmə ehtimalının artdığını ilk dəfə etiraf edib. Rusiya mediasının cənab Boqdanova istinadən bildirdiyinə görə, o, Rusiyanın Suriya ilə bağlı mövqeyini təhrif etdiyinə görə qərb dövlətlərini tənqid edib.

Moskva uzun illər müttəfiqi olan Suriyada Qərbin rejimin dəyişdirilməsi tələbinə qarşı çıxır.
XS
SM
MD
LG