Accessibility links

Fəth Əl-Şam qrupunun komandiri öldürülüb


Suriyadakı üsyançı mənbələrdən alınan məlumatda deyilir ki, qırıcı təyyarənin qrup liderlərinin Hələb yaxınlığında yığıncaq keçirdiyi yeri bombalaması nəticəsində Fəth Əl-Şam qrupunun yüksək səviyyəli üzvü öldürülüb.

Hələb kəndlərindən birinə edilən hava hücumu zamanı öldürülən Əbu Ömər Saragib, eləcə də Əbu Həcər Əl-Homsi kimi tanınırdı. Hələb kəndinə hücum barədə rəsmi məlumat verilməsə də, üsyançılar qırıcı təyyarənin ABŞ-a məxsus olduğunu deyirlər.

Vaxtilə Əl-Qaidənin qollarından biri olan qrup Twitter səhifəsində öldürülən komandirinə "şəhid" adı verib.

Baş qərargahı Suriyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu "Fəthi Alyansı"nın komandirlərinin yığıncağına edilən hücum zamanı Saragiblə birlikdə alyansın digər komandiri Əbu Müslüm Əl-Şaminin də öldürüldüyünü bildirib. Lakin qrup hücumun ABŞ, Rusiya və ya Suriya hökuməti tərəfindən həyata keçirildiyinin aydın olmadığını deyib.

Deyilənlərə görə, Əbu Ömər Saragib Əl-Qaidənin İraqdakı aparıcı üzvlərindən olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG