Accessibility links

"Homsa qayıdış" filmində Suriyadakı hadisələrdən bəhs edilir [Video]


"Homsa qayıdış" sənədli filmi Suriyadakı hadisələrdən bəhs edir
please wait

No media source currently available

0:00 0:02:14 0:00
Suriyadakı vətəndaş müharibəsi dördüncü ilinə qədəm qoyur. Yeni filmdə hökumətə qarşı mübarizə aparan üsyançı qrupun başçısından danışılır. Vaşinqton şəhərində keçirilən Beynəlxalq Film Festivalında Suriyadakı zorakılıqlardan bəhs edən bu sənədli film nümayiş etdiriləcək.

Əbdül Baset Sarot dörd il əvvəl Suriyanın milli yeniyetmə futbol komandasının ən yaxşı futbolçularından idi. Lakin hökumət ordusu onun yaşadığı Homs şəhərinə tanklarla girəndə bu 19 yaşlı gənc vətəndaş müharibəsinin əsgərinə çevrildi.

Onun dostu, video-jurnalist Osama Əl-Homsi Homs şəhərində gedən döyüşləri çəkib və sonra bu videolardan yeni “Homsa qayıdış” adlı sənədli filmdə istifadə edib. Film Suriya ordusuna qarşı vuruşan iki nəfər haqdadır. Əvvəlcə onlar mahnılar və rəqslərlə dinc nümayişlərə çıxır, sonradan isə silahlı döyüşçülərə çevrilir.

Suriyalı Orva Nurabiyə “Homsa qayıdış” sənədli filmin rejissorudur. “Baset qardaşının gözləri qarşısında öldürüldüyünü görür. Məhəllədən çoxları ölür. Osamanın, onun valideynlərinin mənzili raket atəşinə tutulur.”

Baset və onun dəstəsi Suriya ordusu tərəfindən dəfələrlə şəhərdən çıxarılır. Lakin böyük itkilərə baxmayaraq, onlar yenidən şəhərə dönürlər. Bu gün də üsyançılar Homsda mühasirədədirlər.

Osama Əl-Homsi sənədli film çəkilərkən Suriya ordusu tərəfindən ələ keçirilib və onun taleyi məlum deyil. Baset isə inqilabçıdır və adı ən təhlükəli insanların axtarış siyahısındadır.

Nurabiyə filminin dünya boyu insanların azadlıqları uğrunda mübarizəyə ruhlandıracağına ümid edir. “Bu, təkcə Suriya haqda, bizim inqilab haqda deyil, Biz hamımız azadlığa layiqik və bunun üçün həmrəy olmalıyıq ki. daha yaxşı gələcəyə irəliləyə bilək.”

“Homsa qayıdış” filmi Sandans Film Festivalında sənədli filmlər kateqoriyasında Dünya Sinema Qrand mükafatına layiq görülüb.
XS
SM
MD
LG