Accessibility links

Suriya fəalları və müstəqil müşahidəçilərin bildirdiyinə görə, üsyançılar bir neçə avtobusla mühasirədə olan Homs şəhərini tərk etməyə başlayıb. Fəallar şəhəri tərk edənlər arasında mülki vətəndaşların da olduğunu bildirib.

Bəşar Əl-Əsədə qarşı "inqilabın paytaxtı" adlandırılan bu şəhər indi hökumət qüvvələrinin nəzarətinə keçir.

Bu addım prezident Bəşar Əl-Əsədə sadiq qüvvələrlə üsyançılar arasında razılaşmanın bir hissəsi olaraq atılıb.

Homs şəhərinin mərkəzində qərar tutmuş üsyançılar vilayətin müxalifət qüvvələrinin nəzarətində olan başqa hissələrinə dinc keçid müqabilində silahı yerə qoymağa razılıq veriblər.

Bu arada, ölkənin şimalında iki şəhəri nəzarətdə saxlayan üsyançılara təklif edilən yardım rədd edilib.

2011-ci ilin mart ayında prezident Bəşar Əl-Əsədə qarşı nümayişlərin sonradan vətəndaş müharibəsinə yol açması Suriyada azı 150 min insanın ölümünə səbəb olub.
XS
SM
MD
LG