Accessibility links

Homsda onlarla üsyançı öldürülüb


Suriya fəalları və dövlət mediası bu həftə ordu tərəfindən müdafiə olunan ölkənin mərkəzində yerləşən Homs şəhərindən qaçmağa cəhd göstərən onlarla üsyançının öldürüldüyünü bildirib.

Dövlətə məxsus SANA xəbər agentliyi şəhərin şimalından ərazidən qaçmağa çalışan və terrorçu adlandırılan 37 üsyançının ordu tərəfindən öldürüldüyü barədə xəbər yayıb.

Bu arada, Suriya İnsan Haqlarını Müşahidə qrupu çərşənbə və cümə axşamı günləri təxminın 45 müxalifət döyüşçüsünün ağır döyüşlər zamanı öldürüldüyü barədə məlumat verib.

Nə SANA, nə də Britaniyada qərargahlanmış müşahidə qrupu hökumət tərəfin itkiləri barədə məlumat verməyib.

Suriya prezidenti Bəşar Əl-Əsədə sadıq qüvvələr aylardır Suriyanın üçüncü ən öyük şəhəri olan Homsu əhatəyə alıb. Bu şəhər əvvəllər hökumət qüvvələrinə qarşı üsyanların mərkəzi olub.

Əsədə sadiq qüvvələr parçalanmış müxalifət qüvvələrinə qarşı döyüşlər aparır. Son günlər müxalifət qüvvələri sıralarında islamçı qüvvələr və Qərb tərəfindən dəstəklənən döyüşçülər arasında toqquşmaların artdığı müşahidə edilir.
XS
SM
MD
LG